İngiltərə yığmasının və "Mançester Yunayted” klubunun kapitanı Ueyn Runi gələcək planlarından danışıb.
Britaniya mətbuatı xəbər verir ki, o, futbolçu karyerasını bitirdikdən sonra özünü məşqçi kimi sınamaq niyyətindədi.
Runi bildirib ki, məşqçiliyə pul qazanmaq düşüncəsi ilə yox, özünü göstərmək üçün başlayacaq: "Bütün həyatım futbolun ətrafında keçib. Karyeramı bitirdikdən sonra da idmanın bu növündə qalmaq istərdim. Ümid edirəm ki, məşqçi kimi çalışmaq imkanım olacaq. Yaş artdıqca daha yaxşı düşünə və futbolu ətraflı analiz edə bilirsən. Mənimlə eyni dövrün futbolçusu olanlar pul qazanmaq üçün məşqçiliyə başlamaq məcburiyyətində deyillər. Onsuz da, qazandığımız bizə bəs edir. Sadəcə, özümü məşqçilikdə də sınamaq istərdim”.
Qeyd edək ki, "Everton” klubunun yetirməsi olan Runi 2004-cü ildən "Mançester Yunayted”in formasını geyinir./apasport.az/
MediaFax