Məşhur futbolçu Bakıya gəldi

Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz yenidən Bakıya gəlib.
 
Bunu sabiq müdafiəçinin özü açıqlayıb.
 
Sosial şəbəkədə paytaxtımızdan şəkil paylaşan Korkmaz Azərbaycana münasibətini yazısı ilə nümayiş etdirib: "Qardaş ölkə Azərbaycan”.
 
"Qalatasaray” və Türkiyə millisindəki futbolçu karyerasının ardından uğursuz məşqçi fəaliyyəti ilə tanınan Korkmaz 2009/10 mövsümünün gedişində "Bakı”nı çalışdırıb.
 
Həmin vaxtdan ölkəmizdə əlaqələri möhkəmlənən çalışdırıcının şəxsi işləri üçün gəldiyi ehtimal edilir.
 
Qeyd edək ki, Korkmazın son iş yeri bu il ayrıldığı "Mersin İdman Yurdu” olub./apasport.az/

MediaFax