İsveçdə dünyaya gələn Qambiya əsilli Alieu Darbonun saxta sənəd və tövsiyə məktubu ilə bir çox məşhur klubu aldatdığı məlum olub.
Darbo son olaraq Yunanınstanın PAOK klubunu aldatmağa çalışıb.
24 yaşlı Darbo yanında meneceri ilə PAOK-un İdman Direktoru Zisis Vryzasla görüşüb.
Əlində "Borrusiya Dortmund" meneceri Michael Zorkun "email" ilə göndərdiyi tövsiyə məktubunu göstərib.
"Bu futbolçunun təcrübə qazanmasını istəyirik. Bir neçə il sizdə oynasın. Daha sonra yenidən biz alacağıq. Bunu etsəniz geri satdığınızda 4 milyon avro da qazana bilərsiniz. Sınaq məşqinə çıxarmağınıza ehtiyac yoxdur”,-deyə məktubda yazılıb.
Saxta futbolçu və meneceri otelə yerləşdikdən sonra Vryzas "Dortmunt" klubu ilə əlaqə yaradıb. Yalanın üstü açıldıqdan sonra Darboya şəhəri tərk etməsi üçün səhərə qədər vaxt verilib. Səhər qambiyalı saxta oyunçu və meneceri şəhəri tərk edib.
Darbo 2013-cü ildə "Dinamo Zaqreb" ilə 3 illik müqavilə imzalayıb. Əlindəki tövsiyə məktublarıyla sınaq məşqinə belə çıxmayıb. Qısa müddət sonra komandanı tərk edib.
Bundan başqa İtaliyanın "Krotone" klubunu keçib. Hətta 10 nömrəli formanı belə ona veriblər. Ancaq iki gün sonra saxtakarlığın üstünün açılacağını hiss edən Darbo irqçi sözlər eşitdiyini bəhanə edərək komandanı tərk edib.
Darbo PAOK-dan sonra Norveçin "Nybergsund" komandasına keçib. Saxtakarlığı ortaya çıxan kimi ordan da qaçıb.
Son olaraq Malta, Əlcəzair və Misirdə ortaya çıxdığı məlum olub.
Hazırda harda olduğu haqqında dəqiq məlumat yoxdur./qafqazinfo.az/
MediaFax