Məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, o bu barədə öz Facebook səhifəsində yazıb.
"Kimlər ki Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki Serj Sarkisyanladır - onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır", - deyə Payatyan yazıb.
"Xocalıda soyqırımı olub!!! Və bunun üçün quldurlar cavab verməlidir - Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazqen Sarkisyan, Robert Koçaryan, Serj Sarkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatilləridir!" – yazıçının bəyanatında vurğulanıb.
Anna Payatyan Xocalı soyqırımı haqqında Serj Sarkisyanın abırsız bəyanatını da xatırladıb.
"Serj Sarkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Sizə və dünyaya təqdim edirəm: "Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”. Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu njdey əclafları bizim xalqımızın adına qara ləkə vurdular!!!", - deyə erməni yazıçısı hiddətlə bildirib.
MediaFax