Türkiyənin məşhur aparıcısı Özge Uzun Azərbaycana köçür.
Sonuncu dəfə TRT-də aparıcı olaraq çalışan Uzun həyat yoldaşı ilə birgə Bakıya köçmək qərarını sosial şəbəkədə paylaşıb:
"Budur, gedirəm. Tam 20 il əvvəl min bir xəyalla gəldiyim şəhərlə vidalaşıram. Yaşadım, nəfəs aldım, nəfəssiz qaldım, güldüm, ağladım, itirdim, çox qazandım, tərk edildim, tərk etdim. Arxamda, yanımda gözəl ürəklər topladım. Yeni bir həyata uçuram”.
Xatırladaq ki, o, eks-həyat yoldaşı, "CBC Sport" telekanalının rəhbəri Volkan Üstünün canlı yayımda etdiyi evlilik təklifini qəbul edərək, onunla yenidən nikah masasında əyləşmişdi./qafqazinfo.az/
MediaFax