Məşhur Hollivud aktyoru və rejissoru Mel Ginson 9-cu dəfə ata olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı aktyorun yanvarın 20-də Los-Ancelesdə Lars Cerard Gibson adlı oğlu dünyaya gəlib.
Körpənin anası Rozalinda Ross Gibsonla 2 il ərzində görüşüb.
Xatırladaq ki, bir çox qalmaqalları ilə yadda qalan Mel Gibson "Cəsur ürək” filminin rejissorluğuna və baş rol ifasına görə 2 "Oskar" mükafatı qazanıb.
MediaFax