Məşhur aktyordan oğurluq etdilər

Məşhur fransız aktyor Jerar Depardye rusiyalı mühasibini məhkəməyə verib. 

Rusiya KİV-ləri xəbər verir ki, polisə müraciət edən aktyor Rusiyadakı aktivlərini idarə edən Yelena Lazarevanı şəxsi hesabına 7,2 milyon rubl (təxminən 204 480 AZN) köçürməkdə ittiham edib. 

Paralel olaraq, Depardye müvafiq iddia ilə Moskvanın Arbitraj məhkəməsinə müraciət edib. Ərizədə aktyor Lazarevanın ona pul vəsaitini qaytarmağa məcbur edilməsini xahiş edib. 

Faktla bağlı araşdırma aparılır./aznews.az/

MediaFax