Suriyada vətəndaş müharibəsindən öncə rol aldığı film və seriallara görə ölkənin ən məşhur aktyorları sırasında yer alan Cihad Abdo hazırda ABŞ-da pizza satmaqla özünü dolandırır.
Bir zamanlar pərəstişkarlarının çoxluğuna görə Şam küçələrində çətinliklə gəzən 54 yaşlı aktyor Los-Anceles küçələrində pizza satmaqla dolanır.
Karyerası ərzində 43 filmə və çoxlu seriallara çəkilən Cihad Suriya prezidenti Bəşər Əsədin lehinə olan televiziya proqramlarına qatılmaqdan imtina etdiyinə görə, həyat yoldaşı ilə birgə ABŞ-a qaçmağa məcbur olub./axşam.az/
MediaFax