Amerikalı aktrisa Ancelina Coli ABŞ prezidenti Donald Trampın siyasətini tənqid edib.
"Nyu York Tayms”a müsahibə verən Coli dünyanın ən müdafiəsiz insanlarına sığınacaq verən ölkəsinin tarixi ilə fəxr etdiyini bildirib.
"Amerikalılar ideyaların müdafiəsi üçün qanlarını axıdıblar. Bu ideyalar insan haqlarının mədəniyyətdən, coğrafiyadan, etnik mənsubiyyətdən və dindən üstün olduğunu deyir. Amerikanın siyasəti qorxu üzərində yox, faktlar üzərində qurulmalıdır. Bütün dünyadakı qaçqınların yalnız 1%-dən az hissəsi ABŞ və ya başqa ölkədə məskunlaşır. Qaçqınların yaşadıqları ölkələrin böyük əksəriyyəti varlı Qərb yox, aşağı və orta gəlirləri olan dövlətlərdir. Əgər ABŞ öz siyasətinin qaçqınlar üçün qapıların bağlanması və ya dini etiqada görə diskriminasiya məruz qalınması şəklində başa düşülməsinə imkan yaratsa, odla oynamış olacaq. Bu od isə tezliklə bütün qitələrə yayılacaq”./axar.az/
MediaFax