Məşhur aktrisa ölüm ayağında - 34 kilo oldu

Bred Pittlə boşanma ərəfəsində olan və uşaqların üzərində himayəçilik qazanmaq üçün stress keçirən Hollivud ulduzu ölüm təhlükəsiylə üzləşib. 

Artıq yaxınları çəkisi 34 kq-a düşən Ancelina Colinin səhhətiylə bağlı çox narahatdırlar. 

"Enci emosiyaları ilə bacara bilmir. O narahatlıqdan qorxunc dərəcədə arıqlayıb. Onun əlləri o qədər nazikdir ki, sümükləri görünür. Onlar sanki diş çöpləridir” -deyə aktrisanın yaxınları "Radar Online”a bildirib.

Ancelina üçün mütəxəssislər də narahat olurlar. 

"O, həddi keçib. Onun sağlamlığı təhlükə altındadır. O, həyat və ölüm arasında qalıb” -deyə Nyu-York terapevti, həkim Stüart Fişer bildirib./aznews.az/

MediaFax