Meşə yanğınlarında ölənlərin sayı 10-u keçdi

Çilinin tarixində ən böyük sayılan meşə yanğınlarında 11 nəfər həlak olub.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin prezidenti Mişel Baçelet xəbər verib.

Onun sözlərinə görə, yanğınlar 500 min hektar meşə sahəsini və ölkənin 7 regionunun kənd təsərrüfatı sahəsini məhv edib.

"Biz ölkə tarixində buna bənzər heç nə görməmişdik" – deyə prezident bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl yanğınların baş verdiyi ərazilərdə fövqəladə vəziyyət elan edilmişdi.
 
Hüquq-mühafizə orqanları meşə yanğınlarında şübhəli bilinən 30 nəfəri həbs edib./report.az/

MediaFax