Məsciddən qazan oğurladılar

Lənkəranda məsciddən oğurluq edilib.
 
Hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb. Ötən gecə kəndin məscidinə naməlum şəxs və ya şəxlər daxil olub. Oradan 4 ədəd sovet dönəmindən qalan təqribən 500 manat dəyərində qazan oğurlanıb.
 
Məsciddən başqa əşya və ya əşyaların oğurlanıb-oğurlanmaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax