Kanadada bir universitetdə assistentlik edən müsəlman gənc ötən il məsciddə cümə namazında yəhudilər haqda dediyi sözə görə işdən qovulub.
Ayman Əlkasravi namazdan öncə duasında "İlahi, Əqsa məscidini yəhudilərin pisliklərindən təmizlə”, – deyib.
Gənc haqqında dərnək tərəfindən istintaq başladılıb və həmin məsciddə namaz qılması qadağan edilib.
Bney Briz adlı Yəhudi təşkilatının Kanada qolu Əlkasravinin assistent kimi işlədiyi Ryerson Universitetinə məktub yazaraq şikayət edib. Universitet yazılı açıqlamasında hadisənin dərhal insan hüquqları xidməti, insan qaynaqları departamenti və hüquq komandası tərəfindən incələnərək Əlkasravi ilə əlaqənin kəsildiyini bildirib./axar.az/
MediaFax