Mərkəzi Bank manatsız qaldı

Bu gün fevralın 20-də Mərkəzi Bankda vəsaitlərin cəlbedilməsi üzrə növbəti depozit hərracı keçirilib.
 
Hərracda depozit tələbi 47,7 mln. manat olub. Bu isə Mərkəzi Bankın gözlədiyi rəqəmdən 3 dəfə azdır.

Xatırladaq ki, bu dəfəki hərracda 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib./fins.az/

MediaFax