Almaniya kansleri Angela Merkel müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdən ABŞ-a səfərlərə qadağa qoyulmasını tənqid edib.
"Spiegel” qəzetinin verdiyi məlumata görə, bunu bu gün Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib.
Ş. Zaybert deyib ki, A. Merkel terrorizmlə aktiv mübarizəni zəruri sayır, ancaq bunun milli və dini mənsubiyyətinə görə insanlardan şübhələnmək üçün əsas vermədiyinə əmindir.
Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb./APA/
MediaFax