Meri və komitə sədrini vurdu - İntihar etdi

Çinin Pançjihua şəhərinin meri və Kommunist partiyasının şəhər komitəsinin katibi silahlı hücuma məruz qalıb.

Məmurlar odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Məlumata görə, hücumu təşkil edən şəxs Pançjihua şəhərinin torpaq istifadəsi və təbii resurslar idarəsinin rəhbəridir.

Hücumdan sonra o, intihar edib./bakipost.az/

MediaFax