Mərhum Xalq artistinin evi satışa çıxarıldı - Foto

Mərhum Xalq artisti Elxan Əhədzadənin mülkü satışa çıxarılıb.

Xaqani küçəsində yerləşən ev satılaraq pulu birinci və ikinci nikahından olan oğlanları arasında bölünəcək.

Sənətkarın ikinci həyat yoldaşı Səbinə Məmmədova xəbəri təsdiqləyib.

Qeyd edək ki, Xalq artistinin ilk nikahından olan oğlunun 42, ikinci nikahından olan oğlunun isə 11 yaşı var.

Xatırladaq ki, Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 2010-cu ilin 8 oktyabr tarixində vəfat edib./ölkə.az/
 
 

MediaFax