Mer qaçqınlara yemək verilməsini qadağan etdi

Fransanın Kale şəhərinin meri Natali Buşar miqrantlara yemək paylanılmasını faktiki olaraq qadağan edib.

"Le Monde” qəzeti xəbər verir ki, Buşerin şəhər daxilində insanların kütləvi toplantılarına qadağa qoyulması barədə qərarından belə bir nəticə çıxır.

Buşar Fransanın daxili işlər naziri Bryuno Le Ru Kaleyə səfər etdikdən sonra sözügedən qərarı qəbul edib.

Kor-təbii sürətdə yaradılan "Cəngəlliklər” düşərgəsi 2016-cı ilin noyabrında sökülsə də, yüzlərlə miqrant burada qalmağa davam edir. Onlara yerli humanitar təşkilatlar tərəfindən ərzaq köməkliyi edilir.

"Le Monde” yazır ki, Buşar bu yolla Kaledə yeni kor-təbii düşərgələrin yaradılmasının qarşısını almağa çalışır./aznews.az/

MediaFax