Dünyanın istənilən yerində içən işdən çıxarılacaq
Hindistanda məmurlara içki içmək qadağan edilib. Söhbət ancaq ölkə ərazisində deyil, bütün dünyadan gedir.
İstiPress-in BBC-yə istinadla verdiyi məlumata görə, Bixar ştatında dövlət işində çalışanlar bundan sonra dünyanın heç bir yerində spirtli içki qəbul edə bilməyəcəklər.
Bu qadağanı pozanları isə işdən azad edilmə, əmək haqqının azadılması, işindən kənarlaşdırma gözləyir.
Ötən ilin aprel ayında ştatda spirtli içki qəbulu yasaqlanmışdı. İndi isə qadağanın ərazisi genişləndirilib. Artıq bu nəinki bütün Hindistan, eləcə də bütün dünyaya aiddir.
Dövlət qulluqçusunun içki içən zaman vəzifə başında olub-olmaması da fərq etmir. Qadağa həm xidmət başında olanlara, həm də ezamiyyətdə olanlara aiddir.
Hələlik ştat rəhbərliyinin ölkədən kənarda olan məmurları neçə izləyəcəyi bilinmir.
MediaFax