Məmmədbağır Bağırzadənin oğlu intihar etmək istəyib: “Mənə vaxt versələr...”

Mərhum Məmmədbağır Bağırzadənin oğlu, müğənni Rahim Bağırzadə Xəzər TV-də yayımlanan 5/5 verilişinin qonağı olub.
 
Müğənni sosial şəbəkələrdə onun haqqında yazılan dedi-qodularla bağlı açıqlama verib. 

O qeyd edib ki, hazırda xeyli borcu var. Amma heç bir saytın onun haqqında dələduzluq hökmü çıxarmaq haqqı yoxdur. 

"Atamın bağ evini satıb borclarımın yarısını vermişəm. 70 mindən çox borcum var. Bir iş üçün bu məbləği götürmüşdüm. Amma həyatda heç kim heç nədən sığortalanmayıb. İşim alınmadı deyə pul batdı. Nardaran arxamdadır. Mənə vaxt versələr, borclarımı qaytaracam. Mənə imkan vermirlər ki, oxuyub borclarımı qaytarım. Atamın adını çox çətinliklə qoruyuram”, - deyə Rahim Bağırzadə bildirib.

3 övladı olan Rahim, hətta, bir müddət əvvəl borca görə özünə qəsd etmək istədiyini də vurğulayıb./axsam.az/

MediaFax