Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Hillari Klinton seçkilərdəki məğlubiyyəti ilə bağlı danışıb.
Klinton bildirib ki, seçkidə uduzduqdan sonra evdən çıxmaq istəməyib. Klinton bu etirafı uşaqların müdafiəsinə həsr olunan tədbirdə edib. Bu, eks-dövlət katibinin seçkidən sonra publika qarşısında ilk çıxışı olub:
"Etiraf edirəm ki, bura gəlmək mənim üçün asan məsələ deyildi. Ötən həftə elə zamanlar olurdu ki, istədiyim tək şey bürünüb yatmaq və heç vaxt evdən çıxmamaq idi”./qafqazinfo.az/
MediaFax