Melaniya Tramp qərarını verdi

ABŞ-ın birinci xanımı Melaniya Trampın harada yaşayacağı ilə bağlı aparılan müzakirələrə son qoyulub.

Amerikada prezident seçkilərindən sonra müzakirələrə səbəb olan mövzulardan biri də xanım Trampın Ağ Evdə yaşayıb-yaşamayacağıdır. Maraqla gözlənən cavab birinci ledinin nümayəndələrindən gəlib.
 
Onlar: "Biz xanım Trampın adından bildirmək istəyirik ki, o, oğlu Berronun təhsil ili yekunlaşdıqdan sonra Vaşinqtona köçəcək. Bundan başqa, Melaniya Tramp bir daha qeyd edir ki, ABŞ-ın birinci xanımı olmaq onun üçün şərəfdir. O, özünün yeni vəzifələrinə ciddi yanaşır”- deyiblər./qafqazinfo.az/

MediaFax