Melaniya Tramp onun "seçilmiş eskort” olduğunu yazan saytı məhkəməyə verib
ABŞ-ın birinci ledisi Melaniya Tramp İngiltərənin "Daily Mail” internet saytını məhkəməyə verərək 150 milyon dollarlıq təzminat tələb edib.
Sözü gedən sayt keçmiş maneken Melaniya Trampın 90-cı illərdə Nyu-Yorkda çalışdığı maneken agentliyinin eyni zamanda eskort servisi (qadın alveri ilə məşğul olan servis-red.) olduğunu iddia etmişdi.
Sayt eyni zamanda M.Trampın da həmin illərdə çox "seçilmiş eskort (fahişə)” olduğunu da yazıb.
Birinci ledi "Daily Mail” saytını şəxsi və peşə etibarına zərər verdiyi iddiasıyla məhkəməyə verib. İddiaya Nyu York məhkəməsində baxılacaq.
Sözügedən xəbər 19 avqust 2016-cı ildə "Daily Mail” saytında yer alıb. Sayt bu xəbəri yazarkən Sloveniyadakı bir jurnalın yazısına istinad edib./musavat.com/