Melaniya Mişelin qurduğu bağa toxunmayacaq

ABŞ-ın birinci xanımı Melaniya Tramp sələfi Mişel Obamanın Ağ Evdə qurduğu bağı saxlamağı planlaşdırır.

"Time” jurnalının verdiyi xəbərə görə, bu barədə "First Lady”nin baş məsləhətçisi Stefan Uinston Volkoff bildirib.

Onun sözlərinə görə, M. Tramp "White House Gardens”i inkişaf etdirməyi düşünür: "Mən fəxr edirəm ki, çox da böyük olmayan bu bağ bizim gələcək sağlam nəsillə bağlı ümid və arzularımızın simvolu olacaq”.

Qeyd edək ki, M. Obama bağı 2009-cu ildə yaradıb ki, onun timsalında uşaq və yeniyetmələrə sağlam qidalanmanın xeyri izah olunsun./qafqazinfo.az/

MediaFax