Məktəbliləri tikintidə işləyən ölkə...

Beynəlxalq hüquq-mühafizə təşkilatı Human Rights Watch Şimali Koreyada uşaqların istismarına son qoyulması üçün BMT-yə müraciət etməyi planlaşdırır.
 
Təşkilatın uşaq haqları üzrə komitəsində fəallar ölkədən qaçmağa müvəffəq olan 2 qızın hekayəsindən bəhs edəcəklər.

Ölkədən qaçmağı bacaran 16 yaşlı Çon Xe Bin bildirir ki, hər gün məktəbdə ağır fiziki iş görməyə məcbur edilirdi, 18 yaşlı Kim Yun Sol isə yaşamaq üçün yad ailədə pulsuz olaraq çalışdırılırdı. 

Hüquq müdafiəçiləri bildirirlər ki, Koreyanın Əmək partiyası tələbə və məktəbliləri təhsil müəssisələri, abidələrin tikintisinə cəlb edir, onları metal toplamağa məcbur edirlər. Tapşırıqlara əməl etməyənləri hökumət cərimələyir. 

Yaxın günlərdə hüquq müdafiəçiləri Şimali Koreyada yetkinlik yaşına çatmayanlarla necə davranıldığını Cenevrədə işıqlandıracaqlar. Human Rights Watch-un anonsunda deyilir:


 
"Şimali Koreya hökuməti qeyd edir ki, uşaq əməyinin istismarı 70 il əvvəl ləğv edilib, lakin Əmək partiyası, Koreyanın hökumət müəssisələri hələ də təhsil alan və digər uşaqları ölkə üçün məcburi əməklə məşğul olmağa məcbur edirlər”.

Təşkilat açıqlayır ki, Şimali Koreyada məktəblərdə müəllimlər bədən cəzalarından istifadə edir, uşaqları hərbiləşmiş əmək briqadalarında işləyə məcbur edirlər. 

Qeyd edilir ki, Şimali Koreyda əksər insanlar aclıqdan və siyasi basqıdan ölkədən qaçmağın yollarını axtarırlar. Onların əksəriyyəti Cənubi Koreyaya köç edirlər. Ötən il noyabrında köç edən ölkə əhalisinin ümumi sayı 30 minə çatıb./qafqazinfo.az/
 


MediaFax