18.01.2017
18:47
Şabran rayonunda intihar olub.
Hadisə rayonun Daşlıyataq kəndində qeydə alınıb. 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu özünü asıb.
6-cı sinif şagirdi olan E. Mütəllibovun intiharının səbəbləri araşdırılır.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./APA/
----------------
19.01.2017
16:10
Şabran rayonunun Daşlıyataq kənd sakini, 2005-ci il təvəllüdü, 6-cı sinif şagirdi Elnur Mütəllimov özünü asıb.
Şabran rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülər Hüseynova saytımıza açıqlamasında Elnur Mütəllimovun intiharının bəzi təfərrüatlarını açıqlayıb, O, hadisənin şagirdin yaşadığı evdə baş verdiyini qeyd edib: "Təhsil şöbəsinin rəhbərliyi hadisədən xəbər tutan kimi həmin kəndə yollandı. Həm məktəbdə, həm də Elnurun yaşadığı evdə olduq. Onun müəllimləri və sinif yoldaşları ilə söhbətləşdik. Elnur dərsə davamiyyəti olan şagird olub. Onun səhhətində hər hansı bir problem olmayıb, tamamilə sağlam olub. Sinif yoldaşları da təəccüb içərisindədir.”
Gülər Hüseynova Elnur Mütəllimovun ailə vəziyyətinin normal olduğunu vurğulayıb: "Ata-anası, özündən böyük başqa 2 uşaq var. Atası da işləyir.”
Hazırda faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./aznews.az/