Məktəbli ürək tutmasından öldü

Masallıda 15 yaşlı məktəbli ölüb.
 
Hadisə rayonun Böyük Kolatan kəndində qeydə alınıb.
 
Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq  ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
 
İ. Əmənovun atası 6 ay öncə vəfat edib./APA/

MediaFax