Qalmaqallı direktor işdən çıxarıldı - Yenilənib

16.11.2016 
08:07 
 
Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli saxlanılıb. 

Avropa.info məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.
 
---------------
14:52 
 
Zərdab Rayon Təhsil Şöbəsi məktəblini zorlamaqda ittiham olunan direktorla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görmüş və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, haqqında cinayət işi açılmayıb. Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilmiş və heç bir təcavüz halının olmadığı müəyyən edilib./qafqazinfo.az/

-----------------
17.11.2016 
14:12
 
Zərdab rayonunda şagirdini zorlamaqda ittiham olunun məktəb direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb.

Bu barədə zorlandığı iddia edilən 11-ci sinif şagirdinin atası, Zərdab rayon Şahhüseynli kənd sakini Rəmzi Abduləliyev bildirib. Ata məsələ ilə bağlı Pespublika Prokurorkuğuna müraciət edəcəyini deyib: 

"Onu nə əsasla, hansı qərarla buraxıblar, bilmirəm. Prokurorluğa şikayət ərizəsi yazmışam. Zərdabda işə soyuq yanaşırlar. Direktor hazırda kəndədir.”

R.Abduləliyev qeyd edib ki, 12 yaşlı qızın gələcəyi var:

"Gənc qızın taleyi ilə oynayırlar. Mən bunu belə qoymayacam.”

Bir neçə gün əvvəl Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub./aznews.az/
 
-----------------
18.11.2016
12:46
 
Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəbin direktor əvəzi Ceyhun Tofiqli işdən çıxarılıb.
 
Bu barədə Zərdab rayon Təhsil Şöbəsindən bildirilib. C. Tofilinin vəzifəsinə noyabrın 16-dan xitam verilib. 

Bir neçə gün əvvəl şagirdinə qarşı seksual xarakterli zorakılıq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb. Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, C. Tofiqlinin izahatı alınıb və o, sərbəst buraxılıb.
 
Hadisə ictimailəşəndən sonra qızın valideynləri müraciətlərini geri götürüblər. Onlar hər hansı seksual xarakterli zorakılığın şahidi olmadıqlarını bildiriblər.
 
Qeyd edək ki, C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb. Onun 3-cü həyat yoldaşı isə məlum hadisədən sonra 2 uşağını da götürərək Cəlilabada - ata evinə qayıdıb./lent.az/