Məhkəmə “cəbhəçi”yə “yox” dedi

Bu gün Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində olan hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
 
Şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Məmməd İbrahim ötən ilin sentyabrın 29-da həbs edilib. Nərimanov rayon məhkəməsi onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu ilin mayında isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
 
M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə ötən il sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib./APA/

MediaFax