Məhəmməd Əlinin oğlu niyə saxlanılıb?

"The İndependent" yazır ki, boks əfsanəsi Məhəmməd Əlinin oğlu Florida hava limanında miqrasiya rəsmiləri tərəfindən saxlanıb və ondan dəfələrlə "müsəlman olub-olmadığı" soruşulub.

Kentucky ştatında çıxan Courier-Journal qəzeti yazır ki, 44 yaşlı Məhəmməd Əli və onun anası, mərhum boksçunun ikinci arvadı Khalilah Camacho-Ali Fort Lauderdale-Hollywood beynəlxalq hava limanına Yamayakadan gəlmişdilər.

Xəbər verilir ki, hava limanının rəsmiləri cənab Əlidən dəfələrlə adının niyə belə olduğunu soruşublar.

"Siz müsəlmansınızmı?" - deyə miqrasiya rəsmiləri soruşurdular.

Bu da xəbər verilir ki, cənab Əlinin müsəlman olduğu təsdiqlənəndən sonra da onun sorğu-sualı davam edib.

Boksçunun oğlu Philadelphia-da doğulub və ABŞ vətəndaşıdır.

ABŞ Gömrük və Sərhəd xidməti "ayrı-ayrı şəxslər" barədə şərh vermədiyini söyləyib./musavat.com/

MediaFax