Maşınlardan “yolka” düzəltdilər - Maraqlı

Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi fləşmob keçirilib.

"Rossiyskaya qazeta” xəbər verir ki, 400 avtomobil xüsusi formada düzülərək "yolka” yaradıb.

Fləşmobun təşkilatçılarının sözlərinə görə, son rekord srağagün Xabarovskda 92 maşınla qeydə alınmışdı. Peterburqlular isə bu göstəricini dörd dəfədən də çox üstələyiblər.

Fləşmobda avtomobilləri ilə iştirak edən sürücülər bildiriblər ki, özlərini ucu-bucağı görünməyən tıxacdakı kimi hiss edirdilər./virtualaz.org/

MediaFax