Maşınla üç piyadanı vurdu, özü öldü - Bakıda

Bakıda avtomobil üç piyadanı vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində qeydə alınıb.
 
Bakı şəhər sakini Emin Mürsəlov "Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanan paytaxt sakinləri - Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub. Sonradan avtomobil divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır./apa.az/

MediaFax