Maşın vuran uşağı Bakıya gətirdilər

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
 
İmişli rayonunun Qaradonlu kənd sakini, 12 yaşlı Süleymanov Mirələkbər Mirsəməd oğlu yolu keçərkən onu avtomobil vurub. Uşaq ağır vəziyyətdə İmişli rayon xəstəxanasına, oradan isə Bakı xəstəxanalarından birinə yola salınıb.
 
Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır./APA/

MediaFax