Maşın qaz borusuna çırpıldı - Əhali qazsız qaldı

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Opel" markalı "42-BU-349" dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirib və orta təzyiqli qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boru kəməri sıradan çıxaraq ətrafa qaz sızdırmağa başlayıb.

Əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi və Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb olunub.

Sürücü ciddi xəsarət almasa da, bütövlükdə böyük bir ərazi hazırda qazsız qalıb./report.az/

MediaFax