Marsa uçuş təxirə düşdü

"SpaceX" şirkəti Marsa planlaşdırılan uçuşunu təxirə salıb

Yeni qərara əsasən Marsa uçuş 2020-ci ildə baş tutacaq. Bu barədə "SpaceX" şirkətinin prezidenti Qvin Şotuell məlumat verib.

O, bildirib ki, "Red Dragon" kosmik gəmisinin Marsa planlaşdırılan uçuşu iki il müddətinə təxirə salınıb.

Şirkətdən bildirilir ki, "SpaceX" üçün "Falcon Heavy" raketinin tikintisi və ekipajın təkmilləşdirilmə proqramı üçün daha çox resurs və zaman tələb edilir.

Şotuell bildirib ki, 2018-ci il üçün planlaşdırılan kosmik uçuş iki il müddətinə təxirə salınıb. "Red Dragon" kosmik gəmisi 3 ildən sonra, yəni 2020-ci ildə Marsa uçacaq./ölkə.az/

MediaFax