Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib.
Artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə olunur. Xüsusilə kiçik marketlər vəziyyətdən istifadə edib tütün məhsullarını süni şəkildə bahalaşdırıblar.
"Rahat” marketlər şəbəkəsindən bildirilib ki, siqaretlərin satışında yaranan qıtlıq rəsmi ödənişə keçidlə bağlıdır.
"Bizim market” şəbəkəsində isə qıtlıq müşahidə edilməyib. Ümumiyyətlə böyük şəbəkələr üçün bank hesablaşmaları çətin deyil. Kiçik marketlər yeni qayda ilə bağlı problem yaşayırlar.
Məlum olub ki, siqetlərin alışı proseduru 1 həftəyə başa gəlir.
"Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev deyib ki, siqaretin satışı ilə bağlı problem yoxdur: "Vətəndaşlar istədikləri qədər siqaret ala bilərlər”.
Kiçik marketlərdən isə bildirilib ki, topdan satışla məşğul olan mərkəzlər artıq bir müddətdir siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar. Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var. Bu imkan isə əksər mağazalarda yoxdur./banker.az/
MediaFax