Malayziya hakimiyyəti Şimali Koreya ilə diplomatik münaqişəni sülh yolu ilə tənzimləmək niyyətindədir.
TASS agentliyinin verdiyi məlumata görə, bunu Malayziya vitse-prezidenti Əhməd Zahid Həmidi bildirib.
Ə. Z. Həmidi keçən həftə Malayziyaya gələn və hazırda paytaxt Kuala-Lumpurda olan Şimali Koreyanın yüksək səviyyəli nümayəndə heyəti ilə danışıqlar aparıldığını nəzərə çatdırıb. Danışıqların əsas mövzusu Şimali Koreya liderinin ögey qardaşı, Malayziyada sui-qəsd nəticəsində öldürülən Kim Çen Namın meyitinin Şimali Koreyaya aparılmasıdır.
Xatırladaq ki, Malayziya K. Ç. Namın qətlinin Malayziya tərəfindən obyektiv araşdırılmayacağını bəyan etmiş Şimali Koreya səfirini arzuedilməz şəxs elan edərək ölkədən çıxarıb. Rəsmi Pxenyan da Malayziya səfirinə qarşı anoloji addım atıb. Eyni zamanda Şimali Koreya hakimiyyəti ölkədəki Malayziya, Malayziya hakimiyyəti isə ölkədəki Şimali Koreya vətəndaşlarının çıxışına qadağa qoyub./APA/
MediaFax