Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini - "Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi saxlayıb.
Bu barədə İspaniya KİV-i məlumat yayıb.
Qeyd edək ki, Mahmudov bandasının dağıdılmasından dərhal sonra "Akula Akif” Azərbaycandan İspaniyaya qaçmışdı./virtualaz.org/
-------------
18:55
"Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində 10 gün əvvəl saxlanılıb, elə həmin gün də azadlığa buraxılıb".
Bunu açıqlamasında A. Mustafayevin vəkili Abbas Atakişiyev deyib.
A. Atakişiyev bildirib ki, A. Mustafayev axtarışda olduğu üçün saxlanılıb.
Vəkil A. Mustafayevin hansı səbəbdən azadlığa buraxıldığını bilmədiyini söyləyib.
A. Mustafayevin hazırda İspaniyada olmadığını da qeyd edən vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib./APA/
MediaFax