Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 60 illik yubileyidir
2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən çıxarılan E.Mahmudovun işi ilə bağlı olaraq hansı ayda və hansı gündə doğulduğu bu günə kimi ictimaiyyətə bəlli olmayıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. Hazırda onun ölkə daxilində olduğu, lakin barəsində hüquqi olaraq hər hansı tədbir görülmədiyi, yəni ev dustaqlığı, polisin nəzarətinə verilmə və s. kimi qərar verilmədiyi bildirilir. Faktiki olaraq da, Mahmudov ev dustağı deyil, yaxın qohumları ilə əlaqə saxlayır.
Xatırladaq ki, MTN rəhbərliyində kifayət qədər cinayət faktları üzə çıxdıqdan sonra E. Mahmudov vəziəsindən azad edilib və bu cinayətdə iştirak edənlərin böyük əksəriyyəti həbs olunub. Məhkəmə proseslərində üzə çıxan faktlar E. Mahmudovun bu proseslərə birbaşa rəhbərlik etdiyini üzə çıxarır və bütün yolların keçmiş naziri də həbsə apardığını söyləməyə imkan verir.
MediaFax