Keçmiş MTN naziri, bir çox cinayətlərdə adı hallanan Eldar Mahmudov hədə mesajları göndərib.
"Yeni Müsavat” qəzetinin bu haqda yaydığı xəbərə görə, sabiq nazir oğlunun adının cinayət işi materiallarında hallanmasından ciddi narahat olub. Bu səbəbdən də sabiq nazir müəyyən dairələrə, vaxtilə çəkişdiyi yüksək vəzifəli, hazırda əllərində geniş səlahiyyətlər olan şəxslərə "oğlumla işiniz olmasın” mesajını göndərib.
Qəzet onu da iddia edərək yazıb ki, sabiq nazirin həssas mesajına "bizi özünlə səhv salma, oğlunla işimiz ola bilməz” kimi cavab göndərilib...
Amma qəzet Mahmudovun bu mesajı kimə, hansı quruma göndərdiyini açıqlamır.
"Qafqazinfo” onu da qeyd edir ki, E. Mahmudov və oğlunun cinayət əməllərinin "MTN işi” ilə bağlı bu gün həbsdə olanlardan heç də az olmadığı istintaq materiallarından açıq-aydın görünür. Və onların həbs edilməməsi əlavə suallar yaradır.
MediaFax