Madonna vəsiyyətini etdi

Xəbər verdiyimiz kimi, pop kraliça hesab olunan müğənni Madonna daha 2 uşaq övladlığıa götürmək istəyir.
 
Lakin müğənninin yaşı ona əməlli başlı maneə yaradıb.

İstiPress qərb mətbuatına istinadən xəbər verir ki, Madonna 4 yaşlı əkiz bacılar Stella və Esteri sözün həqiqi mənasında övladlığa götürmək istəyir. Malavidən olan bacıları müğənniyə vermək istəməyiblər. Malavi qanunlarına görə, Madonnanın 58 yaşı olması onlar üçün arzuolunmaz rəqəm hesab edilib. Onlar hesab edib ki, uşaqları böyütməyə Madonnanın ömrü yetməyəcək.

Yaşının maneə olduğunu eşidən müğənni isə təəccüblənib. O, bütün tibbi müayinələrdən keçib və səhhətində problem olmadığını sübut edib.

Qərarından dönməyən müğənni məhkəməni öz xeyrinə qərar verməsi üçün başına gələcək hər hansı bədbəxt hadisə və ya dünyasını vaxtından əvvəl dəyişəcəyi təqdirdə uşaqlara baxacaq şəxsi də tapıb. Belə ki, müğənnini dünyasını dəyişsə, bacısı əkizlərə analıq edəcək.

Bundan başqa müsbət qərar almaq üçün ifaçı evdə çəkilmiş videosunu məhkəmədə təqdim edib. Müğənninin doğma qızı Lurdes və övladlığıa götürdüyü digər 2 uşaqlar da əkiz bacıların gəlişini səbirsizliklə gözlədiklərini bildirib.

İstəyinə nail olan Madonna əkizlərlə yanaşı, onların dayələrini də Nyu Yorkda yerləşən dəyəri 40 milyon dollar olan malikanəsinə gətirib.

MediaFax