Ölüm əmrini İran generalı veribmiş

Şərqi Hələbdə müxaliflərin evakuasiyasına mane olmaq üçün atəş əmrini iranlı general Cavad Cəfəri verib.

Bu barədə informasiyanı "Əl Ərəbiyə” televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya İranın Türkiyə ilə Rusiya arasında Hələblə bağlı aparılan danışıqlardan narahat olduğunu bildirib.

"Hələbdəki evakuasiya əməliyyatlarını İranın danışıqlardan kənarda qalmasını həzm edə bilməyən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Cavad Cəfəri maneə yaradır. Cəfəri Hələbdən çıxmağa çalışan hər kəsi öldürmək əmri verib”.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında general Hüseyn Həmədaninin öldürülməsindən sonra Cavad Cəfəri Suriyadakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinə rəhbər gətirilib./axar.az/

MediaFax