ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya rəsmi səfərə getməsinin qarşısını almaq tələbi ilə yaradılan petisiya milyondan çox imza toplayıb.
Petisiya Böyük Britaniya parlamentinin rəsmi saytında yerləşdirilib. Artıq imzaların sayı bu məsələnin parlamentdə müzakirəsini labüd edib.
Qeyd edək ki, prezident Trampın son imzaladığı sərəncama görə, 90 gün ərzində İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudandan olan vətəndaşların ABŞ-a girişinə qadağa qoyulub. Petisiyanın yaradılma səbəblərindən biri də bu qərar olub./qafqazinfo.az/
MediaFax