London meri də bu qərarı bəyənmədi

Britaniyanın baş naziri Tereza Mey və Almaniyanın kansleri Angela Merkeldən sonra, London meri Sadiq Xan da Trampa etiraz etdi.

London tarixində ilk müsəlman mer olan Sadiq Xan ABŞ prezidentinin müsəlman qaçqın və miqrantların ştatlara giriş qadağasını sərt tənqid edərək "biabırçı və amansız" adlandırıb.

Xan qeyd etdi ki, ABŞ bütün dünyadan miqrantların qəbulu ilə tarixə keçib. Onun fikrincə Tramp bu qadağa ilə qlobal problemi həll edə bilməz.

"Hər bir ölkə öz mühacir siyasətini təyin etmək hüququna malikdi. Bu siyasət ABŞ-ın əsaslandığı azadlıq və tolerantlıq dəyərlərinə ziddir. ” - deyə Sadiq Xan bildirib.

Daha əvvəl Tereza Mey və Angela Merkel də Trampın bu qərarını tənqid edib. Çünki, bu siyasət həm Almaniyada, həm də Britaniyada ikili vətəndaşlığı olan insanlara mənfi təsir edib.

Qeyd edək ki, Tramp 7 ölkə vətəndaşının ABŞ-a girişinə məhdudiyyət qoyub - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan./aznews.az/

MediaFax