Dünyanın ən böyük problemlərindən biri də radiasiya ilə bağlıdır. Artıq günü-gündən yeni texnologiyaların da ixtira olunması, bu problemin miqyasını daha da artırır.
Azərbaycanda necə radiasiya problemi varmı?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru, professor Oqtay Səmədov saytımıza açıqlama verib.
O, dünyanın bir çox ölkələrində Atom Elektrik Stansiyalarının (AES) mövcud olduğunu bildirib.
"Düzdür, bunların hamısı ümumilikdə dünya üçün təhlükəli sayılır. Hazırda isə bununla bağlı dünyada heç bir təhlükə yoxdur”.
Direktorun sözlərinə görə, Azərbaycan nüvə ölkəsi olmadığından ölkəmizdə radioaktiv çirklənmə, demək olar ki, yoxdur.
"Ölkə ərazisində radiasiya ilə bağlı vaxtaşırı monitorinq keçirilir. Torpaqlardan nümunələr götürülür və onun üzərində təhlükənin olub-olmadığı öyrənilir. Azərbaycanın nüvə təhlükəsizliyi normal vəziyyətdədir. Bunu keçirilmiş sınaqlara əsasən demək olar. Amma gələcəkdə isə necə olacağını deyə bilmərəm.
Çünki Ermənistanda Metsamor Atom Elektrik Stansiyası (AES) var. Bu region üçün müəyyən qədər təhlükədir. Dövlət də bu istiqamətdə çox ciddi işlər aparır.
Hətta sentyabr ayında keçirilmiş Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlikdə bu məsələ qaldırılıb. İlk dəfə olaraq da bizimlə yanaşı, qardaş ölkə Türkiyə də bu məsələdə bizə dəstək verərək, Metsamor AES-n fəaliyyətinin dayandırılmasını istədi”-deyə o əlavə edib./modern.az/
MediaFax