Tanınmış türkiyəli aktrisa Yasəmən Yalçın ölkəsində baş verən proseslərdən narahat olduğunu deyib.
Cəmiyyəti dərindən sarsıdan terror və qütbləşmənin onu düşündürdüyünü və gələcək nəsillərlə bağlı ciddi narahat olduğunu deyib:
"Lazım olarsa vətənim üçün canımı da verərəm. Amma kim ilə niyə döyüşdüyümüzü bilmirəm. Nə də vətənimi qoyub harasa gedə bilmirəm. Harasa getməyə, küçəyə çıxmağa məcbur oluruq. Həm də qarışqa kimi bir andaca məhv ola bilərik deyə, düşünürəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl Y. Yalçının övladları ilə birgə Türkiyədən getməsi barədə xəbər yayılmışdı./lent.az/
MediaFax