Liderlər arasında qalmaqal düşdü

KKTC prezidenti Mustafa Akıncı Kipr məsələsini müzakirə etmək üçün yunan lider Anastasiadislə görüşüb.

Anadolu agentliyi xəbər verir ki, görüş zamanı Anastasiadis "Söyləyəcək sözüm qalmadı” deyərək, qapını çırparaq, iclas zalını tərk edib.

Görüş bir saata yaxın davam edib. Görüşdən sonra Akıncı jurnalistlərə açıqlamasında bildirib ki, bu hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Hər kəs göstərdiyi rəftara diqqət etməlidir. Prosesi yaxşıya doğru dəyişmək əvəzinə, yunan lider tərsinə hərəkət etdi. Yaranmış bu səhvi onlar tərəfindən düzəldiləcəyini gözləyirik.

Qeyd edək ki, Kiprin Yunan parlamentinin Yunanıstanla birləşməsini ifadə edən 1950-ci ildə qəbul edilən ENOSİS elanının məktəblərdə qeyd edilməsi məsələsi müzakirə olunarkən, türk və yunan liderlər arasında mübahisə yaranıb./aznews.az/

MediaFax