Lider TV “Çıxış yolu”nu bağladı - AÇIQLAMA

Lider TV-də yayımlanan "Çıxış yolu” verilişinin yayımı dayandırılması barədə qərar verilib.

Bu barədə "Qafqazinfo”ya açıqlamasında kanalın direktor müavini Lamiyə Ələkbərova deyib.

Kanal rəsmisi bildirib ki, proqramı ciddi şəkildə cəzalandırılıb:

"Lider Tv-nin rəhbərliyi "Çıxış yolu” verilişinin yayımının dayandırması barədə qərar verib. Onlar ciddi şəkildə cəzalandırılıblar”.

Xatırladaq ki, "Çıxış yolu” verilişində gəlin və qayınana arasında yaşanan anlaşılmazlıq söyüşlü mübahisə ilə nəticələnmişdi. 


MediaFax