Lənkəranskinin heykəli Azərbaycana gətirildi

Azərbaycanlı qanuni oğru, İstanbulda öldürülən Rövşən Lənkəranskinin qəbirüstü abidəsi artıq hazırdır.
 
Artıq Rövşən Lənkəranskinin Hindistanda hazırlanan qəbirüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.

Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə qəbirüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.

Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb./cebhe.info/

MediaFax