Lavrov “Reuters”in əməkdaşını təhqir etdi - VİDEO

Rusiya Xarici işlər naziri Sergey Lavrov alman həmkarı Frank-Valter Ştaynmayerlə danışıqlardan öncə "Reuters” agentliyinin operatorlarından birini təhqir edib.

"Qafqazinfo” "Lenta.ru”ya istinadən xəbər verir ki, Lavrov onu çəkən operatora üz tutaraq "Siz nə istəyirsiniz?” deyə soruşub. Sualına cavab almayan nazir daha sonra üzünü çevirərək "Axmaq...” deyə operatoru təhqir edib.

Görüntüləri Ukraynanın "Qromadske” telekanalı yayıb.


MediaFax